Fransa Ermənistanın Roma statutu ilə bağlı qərarını alqışlayır

post-img

Mən Ermənistan Milli Assambleyasının ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin bir hissəsi olmasına imkan verən Roma statutu ilə bağlı qərarınını alqışlayıram.

Fransa mətbuatı yazıb ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə birgə mətbuat konfransında bildirib.

K.Kolonna deyib ki, bu addım Ermənistanı qətiyyətlə demokratiya və sülhə doğru aparır.

“Fransa Ermənistanın dostu olmaqdan, eləcə də Ermənistana və ermənilərə uzunmüddətli dəstək göstərməkdən qürur duyur”, - deyə Fransanın xarici işlər naziri qeyd edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət