Erməni jurnalist: Benzin çənlərini “Qarabağ rəhbərləri”nin partlatdıqlarına necə inanmayasan?
Yaxşı ki, “Xankəndidəki anbarlar ağzına qədər ərzaq məhsulları ilə dolu idi” – ifadəsini hansısa azərbaycanlı və ya türk yox, bilavasitə erməni jurnalist deyir və videogörüntülərlə sübut edir. Onun fikrincə, Qarabağda yaradılmış qeyri-qanuni dövlətin məkrli rəhbərləri aylardan bəri öz siyasi məqsədləri naminə bölgədə yaşayan erməni əhaliyə əzab vermiş, onları alçaltmış və təhqir etmişlər.
Belə ki, Bella Lalayan adlı erməni jurnalist oktyabrın 2-də özünün “Facebook” səhifəsində Arayik Arutyunyanı və onun komandasını ifşa edən yazı paylaşmışdır:
“Mənəviyyatsızlar!
Mən bilmirəm, sizi necə adlandırım və Qarabağ ermənilərinin cəhənnəm əzabı çəkdiklərinə, o qədər insanın həyatına son qoyduğunuza görə sizin düşmənçiliyinizin cavabını necə verəcəyini anlamıram.
Monstrlar!
Bütün bunlardan sonra məlum benzin çənlərini sizin partlatmadığınıza necə inanmaq olar?
Xalq, erməni milləti, qarabağlılar, hər zaman, dünyanın istənilən yerində sizin məhvinizi reallaşdırmaq barədə düşünəcək və bu. milli ideyaya çevrilməlidir.
Bədheybətlər, adamyeyənlər, Qarabağı çeynəyib udan namərdlər.
Mən bilmirəm, sizin haqqınızda daha nə deyim ki, ürəyim soyusun!”
Beləliklə, Bella Lalayanın bu yazısı bir daha sübut edir ki, Azərbaycanın Qarabağ regionunda heç bir “mühasirə”olmayıb. Sadəcə olaraq, separatçı rejimin başçıları Azərbaycanı qaralamaq, yaratdığımız reallıqlara kölgə salmaq üçün öz xalqlarını aldatmaqla məşğul olublar.
İttifaq MİRZƏBƏYLİ
XQ