Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” də saxlanıldı

post-img

Ermənistanın Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi”, general-leytenant Arşavir Qaramyanın da Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə “Caliber” “Hraparak” nəşrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, o, Birinci Qarabağ müharibəsinin ən böyük erməni qatillərindən biridir. O, Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif zamanlarda Qarabağın fərqli ərazilərində “rəsmi vəzifələrdə” çalışıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət