Peskov: Rusiya sülhməramlılarının gələcək taleyi Bakı ilə müzakirə mövzusudur

post-img

Qarabağ ərazisindəki Rusiya sülhməramlılarının gələcək taleyi Bakı ilə müzakirələrin mövzusudur. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Jurnalistlərin Bakı və İrəvan arasında münaqişəyə son qoyulması və iki ölkə arasında sülh müqaviləsi imzalanmasının aktuallığı barədə suala Peskov belə cavab verib: “Bu sual, sözsüz ki, aktualdır. Əlbəttə, regionda nəqliyyat kommunikasiyalarının və loqistikanın inkişafı ilə bağlı planlar var. Bu, Azərbaycan, Ermənistan və Rusiya üçün çox vacibdir. İnanırıq ki, bu iş davam etdiriləcək”. 

Peskov əvvəllər bir neçə dəfə Qarabağdakı hadisələri Azərbaycanın daxili işi adlandırıb. 

P.ƏMİRCANOV

XQ

 

Siyasət