Çin Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyir

post-img

Çin Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlərin həllinə kömək etmək üçün əlindən gələni etməyə hazırdır. 

TASS xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq BMT-nin Təhlükəsizlik Şurasının Qarabağa dair iclasında deyib.

“Ermənistan və Azərbaycan qonşudur, ona görə də məsləhətləşmələr, dialoqlar aparmaq lazımdır. Bu, təkcə bu ölkələrin deyil, həm də regional və beynəlxalq sabitlik və sülhün maraqlarına cavab verir”, - deyə Qen Şuanq deyib.

Q.Şuanq əlavə edib ki, Çin Azərbaycan və Ermənistanın dialoq və danışıqlar yolu ilə etimad quruculuğu tədbirlərini davam etdirməsini dəstəkləyir: “Onlar arasında mübahisəni beynəlxalq münasibətləri tənzimləyən norma və prinsiplər əsasında həll etmək lazımdır. Biz əlimizdən gələni edəcəyik və bu prosesdə konstruktiv rol oynayacağıq”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət