Çad XİN başçısı: Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırıq

post-img

“Çad Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır”.

“Caliber” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Çad Respublikasının xarici işlər naziri Mahamat Saleh Annadif deyib.

Mahamat Saleh Annadif Azərbaycanın BMT ilə birgə həyata keçirdiyi qlobal layihələrdən danışıb: “Mən Azərbaycanı çox sevirəm, ölkə bu gün inkişaf etməkdə olan ölkələr siyahısındadır. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən xəbərimiz var. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi çox böyük layihələrə imza atıb. BMT-nin yüksək səviyyəli həftəsi ərzində Azərbaycan diplomatları ilə də söhbətlərim olub. Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətlər dərinləşsin. Ümidvaram ki, biz gələcəkdə Azərbaycan ilə Çad Respublikası arasında qarşılıqlı maraqlara xidmət edəcək uğurlu layihələrə imza atacağıq və əlaqələrin inkişafı xalqlarımızın rifahına xidmət edəcək”.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər