Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı anti-terror əməliyyatı aparmaq məhz beynəlxalq hüquqla Azərbaycan dövlətinin özünümüdafiə hüququ və haqqıdır. Hər bir suveren dövlət öz ərazisini və mülki sakinlərini terrorçulardan və hərbi təcavüzdən qorumağa borcludur.
İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycandakı Regional Nümayəndəliyinin dünən yaydığı bu bəyanatın davamında bildirilir: “Biz‚ Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətlə pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hazırda öz ərazisini terrorçulardan təmizləmək üçün Azərbaycan dövlətinin apardığı anti-terror əməliyyatlarına öz dəstəyimizi ifadə edirik və hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk”.
XQ