Azərbaycan Ordusunun Qarabağda antiterror tədbirlərinə başlaması qaçılmaz idi.
Bu fikri Ukraynanın siyasi eksperti Dmitriy Voronkov söyləyib.
O qeyd edib ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasına əsası var idi. Bu da ondan ibarətdir ki, Azərbaycan Qarabağda bütün əraziləri nəzarətə götürməlidir.
“Ermənistan çətin vəziyyətə düşüb, çünki Azərbaycan Ermənistanla müqayisədə hərbi cəhətdən güclüdür. Azərbaycan Ordusu hərbi baxımdan çox inkişaf edib. Digər tərəfdən Ermənistanın daxilində ictimai-siyasi vəziyyət gərgindir, artıq etiraz aksiyaları başlayıb. Əgər Ermənistan rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu tapmasa, daxili auditoriya üçün əsaslandırma gətirə bilməsə, vətəndaş müharibəsi də qaçılmaz ola bilər”, - deyə Dmitriy Voronkov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev