Qarabağın radikal jurnalisti Tatul Akopyan Xankəndindəki qanunsuz xunta rəhbərlərinə Azərbaycan hakimiyyəti ilə razılığa gəlmək tələbi ilə müraciət edib.
XQ “Caliber”ə istinadla xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.
“Qarabağdan aldığım məlumata görə, Azərbaycan hərbçiləri müdafiə xəttini yarıb Martuni (Xocavənd - red.) və Əsgəran istiqamətində irəliləyiblər. Hörmətli Ermənistan və Qarabağ hakimiyyətləri, danışıqlara girin və soydaşlarımızı xilas edin, qərar verməkdən çəkinməyin. Gedin Azərbaycanla danışıq aparın”, – deyə jurnalist yazıb.
Rizvan FİKRƏTOGLU
XQ