Brenda Şaffer: ABŞ Ukrayna və Gürcüstana kökə, Azərbaycana kötək göstərir

post-img

ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin müəllimi və xarici siyasət üzrə ekspert Brenda Şaffer postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı Amerika mediası və beyin mərkəzlərinin qərəzli mövqeyini X sosial şəbəkəsindəki səhifəsində şərh edib.

“Ukrayna Rusiya qoşunlarının öz ərazisindən çıxarılması üçün döyüşəndə ABŞ mediasının reaksiyası belə olur: “Ukraynaya şöhrət!”

Gürcüstandakı oxşar münaqişədə: “İrəli, Gürcüstan!”

Bununla belə, Azərbaycanın 10 min erməni qoşununun öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı Azərbaycan və Ermənistan arasındakı münaqişəyə gəldikdə, reaksiya əksinədir: “Azərbaycan hücumu dayandırmalıdır”, - deyə B.Şaffer yazır.

Başqa bir paylaşımında Şaffer ABŞ səlahiyyətlilərinin cavabını qərəzli hesab edərək şübhə altına alıb: “Təsəvvür edirsinizmi, ABŞ dövlət katibi Blinken Ukraynaya zəng edərək Kiyevdən Krımda və ya Donetskdə fəaliyyət göstərən terrorçulara qarşı hərbi addım atmamağı xahiş edir. Birləşmiş Ştatlar Azərbaycan məsələsi istisna olmaqla, postsovet məkanında digər ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir”.

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət