Zaxarova: Bəs Qarabağı Azərbaycanın tərkibi kimi tanıyırdınız?!

post-img

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın BMT Təhlükəsizlik Şurası və Rusiya Sülhməramlı Kontingentini Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırmasına istehza ilə cavab verib. O, Ermənistan XİN-in bununla bağlı çağırışına münasibət bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

XQ xəbər verir ki, Zaxarova Teleqram kanalında yazıb: “Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır. Bəs rəsmi İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması necə olsun?” – deyə Zaxarova Ermənistan rəsmilərini məsxərəyə qoyub.

XQ 

 

 

Siyasət