“Bütün hərbi əməliyyatlar Azərbaycanın daxilində aparılır” - Hudson İnstitutunun nümayəndəsi

post-img

Qarabağda aparılan lokal antiterror tədbirləri Azərbaycanın daxili işidir.

XQ xəbər verir ki, bu barədə Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi X sosial şəbəkə hesabında yazıb.

“Beynəlxalq hüquqa görə, Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir. Hazırda bütün hərbi əməliyyatlar ölkə daxilində aparılır. Ermənistan işğal olunmur. Azərbaycanın daxilində yerləşən erməni qoşunları hücumlara məruz qalır. Bunlar faktlardır”, - deyə Lyuk Koffi yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət