Ceyhun Bayramov ÜƏMT-nin baş direktoru ilə əqli mülkiyyət sahəsindəki islahatları müzakirə edib

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.

Bu barədə XQ-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərə çarpan irəliləyişləri haqqında qarşı tərəfə məlumat verib.

İqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüş zamanı, Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri, təhsil və əqli mülkiyyət sahəsində təhsil və təlim proqramları ətraflı müzakirə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət