Putin: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb -VİDEO

post-img

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında Azərbaycan-Ermənistan münasibətləri məsələsinə toxunub.

“Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. “Bu qədər, biz nədən danışırıq?” – deyə Putin sual verib.

Rusiya prezidenti Bakı ilə İrəvan arasında aparılan danışıqlarda Rusiya Federasiyasının roluna da toxunub.

“Biz həll variantlarımızı təklif etdik. İki rayonun - Kəlbəcər və Laçının faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması üçün Azərbaycanla danışıqlar aparmağı təklif etdik, lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz onilliklər ərzində Ermənistan rəhbərliyini razı salmağa çalışırıq. "Nə edəcəksən?" deyə soruşduqda: “Döyüşəcəyik” deyə cavab verdilər. "Tamam" ,-deyə Putin fikrini yekunlaşdırıb.

Həmçinin Putin çıxışı zamanı Paşinyanın ona zəng edib-etməməsi ilə bağlı sualı da cavablandırıb.

“Mənə ətraflı məktub göndərdi, əlaqə saxlayırıq. Ermənistan və Paşinyanla heç bir problem yoxdur”, - deyə Putin bildirib.

XQ


Siyasət