Rusiya və KXDR qarşılıqlı maraqlar üzərində münasibət qurur

post-img

Rusiya və Koreya Xalq Demokratik Respublikası münasibətlərini ikitərəfli maraqlar əsasında qururlar. Belə bir bəyanatla Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov çıxış edib. Məlumatı “İzvestiya.ru” verib. 

O, ABŞ-ın KXDR-in ünvanına səsləndirdiyi Rusiyaya silah satması ilə bağlı narahatlıqları belə şərh edib. Peskov bildirib ki, Rusiya öz qonşuları ilə münasibət qurur: “Biz məhz iki ölkənin maraqları üzərində münasibət qururuq”. 

Qeyd edək ki, bir qədər əvvəl Peskov KXDR lideri Kim Çen Inın Rusiyaya səfərə gəldiyini bildirib. Onun sözlərinə görə, RF Prezidenti Vladimir Putin Kim Çen Inla Uzaq Şərqdə görüşəcək. Danışıqların yekununda mətbuat konfransı nəzərdə tutulmur.  

Paşa ƏMİRCANOV, 
XQ

Siyasət