İranın vitse-prezidenti: Cənubi Qafqazda “3+3” formatından kənar təmaslar vəziyyəti daha da çətinləşdirir

post-img

Cənubi Qafqazda 3+3 formatından kənar təmaslar (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) vəziyyəti daha da çətinləşdirir. 

Caliber.Az xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün “X” (Twitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının təfərrüatları barədə danışarkən bildirib.

Cəmşidinin sözlərinə görə, digər ölkələrlə hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.

Bütün bunlar onu deməyə əsas verir ki, İran son vaxtlar Ermənistan tərəfinin regionda atdığı müxtəlif həyəcanverici addımlardan xəbərdardır və regional problemlərin region dövlətləri tərəfindən həllini istəyir.

Xatırladaq ki, 2021-ci il dekabrın 10-da Moskvada Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” Məşvərət Regional Platformasının ilk iclası keçirilib.

Görüşdə regionda etimadın artırılması, bərpa, yenidənqurma, iqtisadi genişləndirmə və nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 


Siyasət