“Bizi heç kəs yolumuzdan döndərə bilməz”

post-img

Sentyabrın 14-də ABŞ Senatında dinləmələri təşkil etmək istəyənlər bunu anlamalıdırlar

Beynəlxalq aləmdəki erməni lobbisi və böyük dövlətlərdəki pullu-imkanlı haylar hələ çox suları bulandıracaq, dünyanın başına çox oyunlar açacaqlar. Bir ekspertdən soruşdum ki, bu qədər terror, təxribat, işğal, ilhaq və iyrəncliklər törətmiş ermənilərin xəyanətkar və məkrli əməllərini dəstəkləyənlər nə üçün azalmır? 

Belə cavab verdi: “Yaxşı alətdən hansı usta imtina edər ki? Ermənilər dünya ölkələrinin bir-birinə qarşı siyasətdə əsrlər boyu istifadə etdiyi “sınaqdan çıxmış” alətlərdir. Hansı türk, ərəb, ingilis, alman, ispan ermənilərin şərəfsizliyini edə bilər ki? Heç kəs! Ona görə də ermənilərə qahmar çıxanlar hələ çox olacaq”.

Bəli, onlara himayədarlıq edənlər bütün ölkələrdə və beynəlxalq təşki­latlarda vardır. Fransa və ABŞ-da isə daha fəaldırlar. Çünki həmin ölkələrdə­ki ikili standartlardan əl çəkə bilməyən siyasətçi, deputat və dövlət rəsmiləri imkanlı ermənilərdən “çox yaxşılıqlar” görüblər. Ona görə də ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsinin sentyabrın 14-ə təyin etdiyi “Qarabağ böhranı” adlı dinləmələri sakitcə qar­şılamalıyıq. “Kişilər” pul xərcləyiblər ki, senatorlar onların dediyi kimi danış­sınlar. Vəssalam, danışacaqlar, dağılı­şacaqlar və ermənilərə deyəcəklər ki, məsələni həll etdik. Ancaq unudacaq­lar ki, məsələni Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz həll etmişdir. Ona görə də hansı senatorun hansı bəyanatı verməsi bizim üçün o qədər də əhəmiyyətli deyil.

ABŞ qanunverici orqanının rəsmi saytında verilmiş xəbərdə deyilir ki, dinləmələrdə Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun katibi, Dövlət katibinin köməkçisi Yuri Kim və Dövlət Departamentinin Qafqaz danı­şıqları üzrə köməkçisi Luis Bono da iştirak edəcəklər. Amma, qonaq qis­mində. Hansısa tədbirdə iştirak edən qonaq isə qərar və ya qətnamənin qəbulunda iştirak etmir. Hətta onlar hansısa sənədin qəbulunda iştirak et­səydilər belə, həmin sənəd bizim üçün adı kağız parçasından başqa bir şey olmayacaqdı. 

İndi orada kimsə durub danışacaq ki, Laçın–Xankəndi yolu bağlıdır, Qa­rabağ mühasirədədir, 120 min erməni aclıqdan ölmək həddinə çatdırılıb və sairə. Əvvəla, Laçın yolu necə bağlıdır ki, oradan hər gün Qarabağın erməni əsilli sakinləri Ermənistan tərəfə gedir və ya qayıdırlar. Bu yolun bağlı olma­dığını Azərbaycan artıq hamıya sübut etmişdir. Bu yol sadəcə Ermənistan­dan Qarabağa silah, sursat, mina daşı­yanların üzünə bağlıdır və heç zaman açılmayacaq. İkinci, “Qarabağ müha­sirədədir” demək üçün adamda üz la­zımdır. Bir dövlət öz ərazisinin hansısa hissəsini necə mühasirəyə ala bilər? Ağ yalandır! 

Üçüncü, orada deyəcəklər ki, Xankəndidə kimsə aclıqdan ölür. Öl­mək istəməyən kəs quldur başçıların­dan tələb etməlidir ki, bizə göndərilən ərzaq yardımını qəbul edin, gətirin, yeyək, ölməyək. Bunu deyən yoxdur­sa, deməli, aclıq yoxdur, böhran yox­dur. Yollar bağlı deyil. 

Dördüncü, deyəcəklər ki, Xankəndi və ətraf ərazilərdə 120 min əhali yaşa­yır. Yalançının lap bütün tiqranlarına lənət olsun! Xankəndi və ətraf ərazilər­də 20-30 min mülki vətəndaş, Paşinya­nın dediyinə görə, 15-20 min nəfər də Ermənistan ordusunun tör-töküntüləri yaşayır. Həmin hərbçilər də Rusiya “sülhməramlılarının” himayəsindədir­lər. 

Yəni, Azərbaycan rəhbərliyi bey­nəlxalq ictimaiyyətin çoxsaylı təmsil­çilərinin işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Laçın–Xankəndi yoluna da, Ağdam–Xankəndi yolu­na da səfərlərini təşkil etmiş, əcnəbi diplomat, siyasətçi, hərbçi və mətbu­at təmsilçiləri vəziyyətlə yerində tanış olmuşlar. Ona görə də həm ermənilə­rin, həm də onların havadarlarının ABŞ Senatında səsləndirəcəyi bütün arqumentləri havada qalacaq. Qaza­nan isə Haaqa Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo kimi dələduzlar olacaq. Onlar Azərbayca­nın əleyhinə iftiralar, cəfəngiyyatlar səsləndirmək üçün erməni diaspo­rundan nə qədər “əl muzdu” alırlar­sa, bunu keçmiş prokuror daha yaxşı bilər. 

Hər halda, sentyabrın 14-də Se­natda səsləndiriləcək anti-Azərbaycan ittihamların cavabını Azərbaycan Pre­zidenti İlham Əliyev hələ ayın 1-də ver­mişdir. Belə ki, ABŞ Dövlət katibi Ento­ni Blinken sentyabrın 1-də Azərbaycan Prezidentinə zəng edərək, senatorların 13 gün sonra səsləndirəcəyi fikirləri dilə gətirmişdi. Həmin gün Azərbaycan Prezidenti ABŞ diplomatına demişdi ki, Ermənistan və onun Azərbayca­nın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondar­ma separatist rejim Ağdam –Xankən­di yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır: 

“Onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina ediblər... Ağdam –Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipul­yasiyadır və həmin ərazidə guya hu­manitar, yaxud qida böhranının yaşan­dığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam–Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qay­daları tətbiq edilməklə Laçın–Xankəndi yolu açıla bilər”. 

Vəssalam! Bundan sonra istəyir­lər hər ayın 14-də dinləmələr təşkil etsinlər. Bizim mövqeyimiz aydın və qətiyyətlidir. Azərbaycan separatçılıq təzahürləri ilə ömürlük üz-üzə qalmaq istəmir və qalmayacaq. 

 

İttifaq MİRZƏBƏYLİ

XQ



Siyasət