Ceyhun Bayramov: Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir

post-img

Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 80 milyon ABŞ dolları olub.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.

“Bu il bəlli artıma baxmayaraq, hesab edirik ki, bu dövriyyə ölkələrimiz arasındakı əlaqəni tam əks etdirmir”, - deyə nazir qeyd edib.

Siyasət