XİN: Təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik!

post-img

Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi əleyhinə Ermənistanın növbəti təxribatlarına dair bəyanat yayıb. Bəyanatda deyilir: 

“Azərbaycan Respublikasının öz sər­hədlərinə nəzarət və Ermənistanın təxri­batlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsi­nin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaş­dırmadan Azərbaycanın suveren ərazilə­rinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd-keçid məntəqəsinə qarşı növbəti təxribatdır.

Ermənistan tərəfinin Moskvada, o cümlədən hazırkı vəziyyətlə bağlı ətraf­lı müzakirələrin aparıldığı danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, və­ziyyəti gərginləşdirməklə beynəlxalq icti­maiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir.

15 iyun tarixində Laçında sərhədçilə­rimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir.

Bu təxribat bir daha göstərir ki, Ermə­nistanın “bölgədə gərgin humanitar vəziy­yət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdir­mək niyyətindən başqa bir şey deyil.

Azərbaycan tərəfinin erməni sakin­lərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaq­la, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün tək­liflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq hu­manitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düz­məklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının si­yasi şantaj olduğunu göstərir. Bu addım­lar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanat­larla ziddiyyət təşkil edir.

Qeyd edilən təxribatda Avropa İttifaqı­nın Ermənistandakı missiyasının və dip­lomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğu­nu nümayiş etdirib.

Bu kimi təxribatlardan əl çəkməyi Er­mənistan tərəfindən bir daha tələb edirik”.

“Xalq qəzeti”

Siyasət