XİN Ermənistana cavab verdi

post-img

Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi, daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmizin əleyhinə bəyana­tına dair şərhində əksini tapıb.

Bildirilib ki, həm işğal döv­ründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıq­lar prosesinə maneçilik törətmək məqsədilə Ermənistanın mütə­madi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur. Məhz bu təx­ribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına son qoyulma­sı istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub. 

“Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilə­rimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəli­yini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, bey­nəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmaya­raq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermə­nistana məxsusluğunun danıl­ması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azər­baycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaq­larına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisin­dən dərhal çıxarılmalıdır.

Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azər­baycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etmə­si tələb olunur”, – deyə Azərbay­can XİN-in şərhində vurğulanıb.

Siyasət