Azərbaycanla Böyük Britaniya dost və tərəfdaş ölkələrdir

post-img

Milli Məclisin sədri Sahibə Qafarova mayın 31-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

S.Qafarova Baronessa Emma Nikolson ilə bundan ön­cəki görüşünü və Böyük Brita­niyaya səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycan və Böyük Britaniyanın dost və tərəfdaş ölkələr olduğunu bildirən paral­mentin rəhbəri deyib ki, xüsu­silə, iqtisadiyyat, ticarət və enerji sahələrində əlaqələrimiz yüksək səviyyədədir. 

Görüşdə Azərbaycanın Avro­pa üçün etibarlı neft və qaz tə­chizatçısı olduğunu qeyd edən S. Qafarova, diqqətə çatdırıb ki, ötən il Avropa İttifaqı ilə Azərbay­can arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bərpa olunan enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur.

Parlamentlərarası əlaqələr­dən danışan Milli Məclisin sədri deyib ki, bu sahədə də münasi­bətlər uğurla inkişaf etməkdədir: “Qarşılıqlı səfərlər bu münasi­bətlərin daha da dərinləşməsinə xidmət edir. 2023-cü ilin aprelin­də Böyük Britaniya Parlamenti­nin Azərbaycanla parlamentlə­rarası dostluq qrupunun rəhbəri Bob Bləkmən və dostluq qrupu­nun bir neçə üzvü Azərbayca­na səfər edib və onlar işğaldan azad edilmiş Ağdam şəhərinə də gediblər”.

S.Qafarova görüşdə, həmçi­nin regionda mövcud olan vəziy­yət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən ge­nişmiqyaslı işlər barədə məlumat verib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ba­ronessa Emma Nikolson, Bakı Enerji Həftəsi çərçivəsində ke­çirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyi­ni bildirib. O, Azərbaycanın bey­nəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəf­daş olduğunu qeyd edib. Ticarət elçisi, ölkəmizin neft və qaz eh­tiyatları ilə yanaşı, bərpa olunan enerjinin böyük potensialına da malik olduğunu diqqətə çatdırıb. 

Azərbaycan və Böyük Brita­niya arasında tərəfdaşlıq müna­sibətlərinin hazırki səviyyəsin­dən razılığını bildirən Baronessa Emma Nikolson xüsusilə, enerji və ticarət sahələrində əlaqələrin yüksək inkişafını qeyd edib.

Görüşdə qarşılıqlı maraq do­ğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Ə.BƏDƏLOV,

“Xalq qzəeti”

Siyasət