YAP nümayəndə heyəti Çində

post-img

Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ÇXR-nın Uhan şəhərində “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda keçirilən təqdimat mərasiminin iştirakçıları şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib. 

Çin səciyyəli sosializm ide­yası əsasında Hubeyin regional inkişaf nümunəsi yaratdığını söyləyən Çin Kommunist Parti­yası Hubey Əyalət Komitəsi ka­tibinin müavini, Hubey Əyaləti Xalq Hökumətinin qubernatoru Van Conlin qazanılan təcrübə­nin dost ölkələrlə bölüşdürül­məsinin və qarşılıqlı fikir mü­badiləsi aparılmasının faydalı təşəbbüs olduğunu bildirərək tədbir iştirakçılarına minnətdar­lıq ifadə edib.

Mərasimdə 30 ölkəni təmsil edən 170-dən çox nümayən­dənin adından çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov belə bir mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə YAP nümayəndə heyəti adın­dan təşəkkürünü bildirib. O, bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsasla­nan müasir sosializm ideyasının Çin xalqının mənafeyinə xidmət etdiyini, Çin dövlətinin inkişafı üçün yeni imkanlar və perspek­tivlər yaratdığını söyləyib.

Tahir Budaqov Hubey Əyalə­tinin sürətli inkişafının yeni dövr Çin xüsusiyyətli sosializm ide­yasının uğurla həyata keçirilmə­sinin bariz nümunəsi olduğunu qeyd edərək deyib: “Bugünkü tədbir də Si Cinpinin yeni dövr üçün müəyyən etdiyi Çin xüsu­siyyətli sosializm quruculuğu istiqamətində əldə olunan nai­liyyətlərin və mövcud reallıqla­rın təqdimatı, gələcəyə baxış kontekstində yeni yanaşmaların ortaya qoyulması, yeni hədəf­lərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir”.

O, Cənubi Qafqazın ən bö­yük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nü­mayəndə heyətinin Çin Xalq Respublikasına səfərinin önə­mindən bəhs edib, keçirilən gö­rüşlərin faydalı və məhsuldar ol­duğunu diqqətə çatdırıb. “Səfər çərçivəsində istər Azərbaycan–Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası ara­sında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apar­dıq”, – deyən YAP sədrinin müa­vini Azərbaycan ilə Çin arasında müxtəlif sahələri əhatə edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, 44 günlük Vətən mühari­bəsində qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan ölkəmizin regionda çoxşaxəli iş­birliyinə və inkişafa xidmət edən təşəbbüslərindən bəhs edib, Zəngəzur dəhlizinin bütövlükdə Avrasiya üçün geostrateji əhə­miyyətini diqqətə çatdırıb.

Xatırladırıq ki, nümayəndə heyəti səfər zamanı Çin Kom­munist Partiyasının (ÇKP) nü­mayəndələri və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib, həmçinin “ÇKP-nin tarixi – Hu­bey əyalətində Si Cinpinin yeni eranın Çin xüsusiyyətli sosializ­mi haqqında” rəsmi təqdimatda iştirak edib.

Q.QASIMOV, “Xalq qəzeti”



Son xəbərlər