Latviyada ulu öndərin yubileyinə həsr olunmuş konfrans keçiriləcək

post-img

Milli Məclisin deputatı, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və deputat Asim Mollazadə mayın 14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər. 

Deputatlarımız burada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfransda iştirak edəcək, səfər çərçivəsində Latviya Seyminin yeni seçilmiş üzvləri və digər dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

Səfər mayın 19-da başa çatacaq.

          Anar ƏLİ,

          “Xalq qəzeti”

Siyasət