ABŞ məhkəməsi erməni təxribatçını cəzalandırdı

post-img

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Kaliforniya Ali Məhkəməsi Los-Ancelesdə azərbaycanlılara hücum edən erməni təxribatçıya hökm oxuyub. Məhkəmə qərarına əsasən 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməni cinayət məsuliyyətinə cəlb olunub. 

Qərara əsasən, təxribatçı erməni azərbaycanlılara vurduğu bütün ziya­nın xərclərini ödəməlidir. 

ABŞ məhkəməsinin məlum qəra­rı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də təqdirlə qarşılanıb. XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb: “2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycan Baş Konsulluğunun qarşı­sında dinc etiraz aksiyası keçirən azər­baycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”.

***

ABŞ məhkəməsi erməni təxribatına hüquqi müstəvidə ədalətli şəkildə ca­vab verməklə, həqiqətən də qanunların keşiyində dayandığını sübut etdi. Lakin məlum məhkəmə qərarı, təkcə ABŞ qanunlarının təntənəsi deyil, həm də Fransa üçün də utanc mənbəyi oldu. 

Xatırladaq ki, bugünə qədər Fran­sada ermənilər Azərbaycan səfirliyinə, bu ölkələrdəki diaspor nümayəndələ­rinə qarşı ciddi zorakılıqlar sərgiləyib, təxribatlar törədiblər. Lakin Fransa məhkəməsi erməni təxribatları ilə bağlı hər hansı məhkəmə qərarı ortaya qoy­mayıb. Bu fakt onu söyləməyə əsas verir ki, Fransa Azərbaycanın maraq­ları ilə yanaşı, həm də öz qanunlarına hörmət qoymur. Əksinə, onların erməni təxribatçılarının ayaqları altında əzil­məsini laqeydcəsinə seyr edir. 

Ancaq rəsmi Paris unutmamalıdır ki, bu gün Fransadakı azərbaycanlıları hədəf seçən ermənilər Fransanın özü üçün daha təhlükəlidirlər. Və zamanı çatanda onlara açıq-aşkar himayədar­lıq edən Fransanın özünü bir-birindən qanlı təxribatlara hədəf seçməkdə tərəddüd etməyəcəklər. 

 

Seymur ƏLİYEV

Siyasət