Azərbaycanın İrandakı 4 diplomatı “arzuolunmaz şəxs” elan edilib

post-img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı yerli medianın sualını cavablandırıb. 

Ayxan Hacızadə mətbuatda bu gün­lərdə yayılmış sözügedən xəbərin yeni olmadığını deyib.

“Məlum olduğu kimi, cari il aprelin əvvəlində İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun ol­mayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. 

İran tərəfi, öz növbəsində Azərbayca­nın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılı­lıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvarda təx­liyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuo­lunmaz şəxs elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, - deyə o qeyd edib.

“Xalq qəzeti”

Siyasət