Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun telefon danışığı

post-img

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. 

Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsindən bildi­riblər ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə du­ran ikitərəfli və çoxtərəfli əmək­daşlıq məsələləri, habelə möv­cud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 

Nazirlər, həmçinin Azərbaycanla Er­mənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər. 

Tərəflər telefon danışığı zamanı qar­şılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

“Xalq qəzeti”

Son xəbərlər