Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 144 Bakı şəhəri, 4 may 2023-cü il

“Quruda yerləşən neft-qaz ob­yektlərində terrorçuluğa qarşı mü­barizə üzrə qurumlararası fəaliy­yət Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Quruda yerləşən neft-qaz ob­yektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respub­likasının Daxili İşlər Nazirliyi, Azərbay­can Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbay­can Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İn­formasiya Təhlükəsizliyi Dövlət Xidmə­ti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agent­liyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiy­yəti və əməliyyatçı şirkətlər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalar­da nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qayda­larda göstərilən tədbirlərin maliyyə tə­minatı dövlət büdcəsində bu Qərarın 2-ci hissəsində qeyd olunan qurumların saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları