Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 143 Bakı şəhəri, 4 may 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iq­tisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; 2020, № 1, maddə 84, № 2, maddələr 185, 195, 219, № 3, maddələr 345, 375, № 4, maddə 488, № 8, maddə 1130, № 10, maddə 1267; 2021, № 1, maddə 94, № 2, maddə 201, № 3, maddə 271, № 4, maddələr 392, 422, № 9, maddə 1053, № 10, maddə 1172, № 12, maddələr 1516, 1519, 1536, 1541; 2022, № 1, maddə 83, № 3, maddələr 266, 280, № 4, maddə 396, № 5, maddə 545, № 6, maddələr 669, 681, № 8, maddə 1011, № 9, maddə 1105; № 11, maddələr 1345, 1348, 1355, № 12, maddə 1562; Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2023-cü il 3 fevral tarixli 32 nömrəli, 7 fevral tarixli 40 nömrəli və 15 aprel tarixli 116 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 4418 29 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

 

4418 29 000     – –    digərləri
4418 29 000 1  – – – iynəyarpaqlı növlərin oduncağından – 15
4418 29 000 9  – – – digərləri                                              – 15
 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV, 
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları