Ermənistan sərhəd təxribatlarından əl çəkməlidir

post-img

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətin İdarə­sindən redaksiyamıza bildiriblər ki, əsas mü­zakirələrin Azərbaycan­la Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azər­baycanın Ermənistan­la sülh prosesinin əsas elementlərinin təşəbbüs­karı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı ol­duğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiy­yətini vurğulayıb. Ermə­nistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkmə­sinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan er­məni sakinlərin reinteq­rasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Er­mənistan tərəfinin mü­daxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdı­rıb.

Nazir, eyni zamanda, Azərbaycanın ərazi bü­tövlüyünə və suverenli­yinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələ­rin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Milli təhlükəsizlik mü­şaviri Ceyk Sallivan böl­gədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı ol­duğunu bildirib.

Siyasət