Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

post-img

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb.

Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyənləşdirolməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

Altı mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib.

Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyənləşdirilib və mükafatlandırılıblar.

Siyasət