XİN: Azərbaycan tərəfinin erməni sakinlərlə dialoquna üçüncü tərəflərin müdaxiləsi qəbuledilməzdir

post-img

Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 27-də hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. 

"Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağa, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", - deyə açıqlamada qeyd olunub.

Siyasət