Dünən dünəndə qalmayacaq!

post-img

Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirmiş, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutaraq Azərbaycana qarşı əsassız iddialarını artırmışdı;

Avropa Birliyinin (AB) missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini boş yerə cəsarətləndirmişdi. Ermənistanın siyasi-hərbi rəhbərliyi öncəkilərdən daha iddialı açıqlamalar verməyə başlamışdı. Onlar hesab edirdi, bəlkə yenə də elə hesab edirlər ki, AB missiyasının bu ölkədə olması öz çirkin və əsassız iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb;

Ermənistanın son aylar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni insidentlərin qaçılmaz olduğunu göstərirdi;

Dünən Laçın səmtində baş vermiş erməni hərbi təxribatı (buna PUA-lı hücum da deyə bilərik) nəticəsində üç hərbi qulluqçumuz şəhid olub. Şəhidlərimizin qanı, əlbəttə, yerdə qalmayacaqdı, qalmadı da! Şanlı Ordumuzun müvafiq bölmələrinin sərrast cavabı ilə düşmənin təxribatı da, hücum cəhdi də öz başında çatladıldı – xeyli leşləri və ağır yaralıları var. İrəvandakı leşbasdırma yerində yeni qəbirlər qazıldığına dair bilgilər dolaşır. 

Bəli, Ermənistan növbəti təxribat və cinayət törədib, buna görə də mütləq şəkildə cavab verəcək!

Hazırda sahədəki duruma Azərbaycan Ordusu hakimdir! 

Dəmir yumruq yerindədir!

Dövlətimiz zaval görməsin!

 

Əkbər QOŞALI

Siyasət