Brahim Laituss: İslamofobiyanın artmasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının böyük rolu vardır

post-img

Müsəlmanlara qarşı ayrı-seçkilik avropalılara da təsir edir. Ona görə ki, Avropa üçün təhlükəsizlik çox vacib məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamafobiya” adlı aralıq sessiyada deyib.

O, eyni zamanda, qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış edərkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.

Siyasət