Rauf Məmmədov: Fransada E.Makronun hakimiyyəti dövründə islamofobiya daha da artıb

post-img

Bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA, Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamafobiya” adlı aralıq sessiyada deyib.

O bildirib ki, 2020-ci ildən Fransada 89 məscid, 650-ə yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib: "Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərində özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb. Müsəlmanlar polislər tərəfindən təqib edilir. Fransada bəzi elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox”.

Siyasət