Pakistanın sabiq Baş naziri: Qlobal Bakı Forumunda iştirakdan qürur duyuram

post-img

Azərbaycanda olmaqdan və Bakı Forumunda iştirakdan qürur və məmnunluq duyuram. Qlobal Bakı Forumu önəmli platformadır. Bu görüş yerinə düşdü. Dünyamız çox böyük və mühüm problemlərlə üzləşib. Düşünürəm ki, biz bir-birimizə hörmətlə yanaşmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın sabiq Baş naziri Şövkət Əziz X Qlobal Bakı Forumu çərçivəsində martın 10-da “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusunda keçirilən panel müzakirələrdə söyləyib.

Şövkət Əziz Pakistanda müxtəlif layihələrin həyata keçirilməsi nəticəsində infrastrukturun xeyli inkişaf etdiyini deyib. Bildirib ki, islahatlar davamlı olaraq aparılmalıdır. Bu, insanların yaşayış şəraitinin yaxşılaşması üçün vacibdir. Dünyanın siyasi və iqtisadi çətinliklərlə üzləşdiyini bildirən pakistanlı natiq deyib: “Münaqişələr, bir-birindən asılılıq müəyyən problemlər yaradır. Biz xalqlar arasında harmoniya yaratmalıyıq. Narahatlığı aradan qaldırmaq, pozitiv dəyişikliyə getmək lazımdır. Biz Çinin təcrübəsindən istifadə edirik. Pakistan Böyük İpək Yolu layihəsi nəticəsində xeyli inkişaf edib”.

“Bir kəmər və bir yol” layihəsinin əhəmiyyətindən danışan Şövkət Əziz ölkəsinin bu layihədən fayda götürdüyünü vurğulayıb.

Siyasət