Mac Harb: Prezident İlham Əliyev Azərbaycanı dünyanın digər dövlətləri üçün nümunəvi ölkəyə çevirib

post-img

Bu çox mühüm Forumda iştirak etdiyimiz üçün çox şadıq. Forumun açılışında inanılmaz dinamik nitqinə görə Prezident İlham Əliyevi təbrik edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kanadanın İcmalar Palatasının sabiq üzvü Mac Harb söyləyib.

Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışdığını vurğulayan Mac Harb deyib: “Biz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində buradayıq. Geniş dünyagörüşünə və Azərbaycanı regionda lider ölkəyə çevirərək, dünyanın digər dövlətləri üçün nümunəvi bir ölkə qurmaq yolunda göstərdiyi qeyri-adi səylərə görə təbrik etmək lazımdır”.

Siyasət