İordaniyalı jurnalist: Məscidlərdə heyvan saxlamaq müsəlmanlara qarşı hörmətsizlikdir

post-img

Mən burada məscidlərin, İslam dininə aid ibadət yerlərinin dağıdıldığının şahidi oldum. Düşünürəm ki, bu, heç də yaxşı hərəkət deyil və müsəlmanlara qaşı edilən hörmətsizlikdir. Bu təhqirlər, eyni zamanda, ibadət yerlərində donuz və digər heyvanların saxlanılması dinlərarası ədavət yaranmasına yol verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Füzulidə səfərdə olan iordaniyalı jurnalist Fayez Raya Satea Əl-Aqil söyləyib.

Müsahib qeyd edib ki, səfər zamanı bir çox dağıdılmış ərazi, eyni zamanda, quruculuq işləri ilə tanış olublar. “Burada gedən bərpa və quruculuq işlərinin şahidi oldum. Məsciddə olarkən “Qurani-Kərim”dən müxtəlif ayələr oxudum. İnanıram ki, hər şey yaxşı olacaq”, - deyə jurnalist bildirib.

Siyasət