Azərbaycanda “Google Chrome” internet brauzeri populyarlığına görə birinci olub

post-img

Fevral ayında azərbaycanlı istifadəçilər arasında “Google Chrome” internet brauzeri populyarlığına görə birinci olub.

AZƏRTAC “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, onun yerli bazarda payı 78,18 faiz təşkil edib. Bu da yanvar ayı ilə müqayisədə 0,53 faiz azdır.

“Safari” internet brauzerinin Azərbaycan bazarında payı 9,87 faiz səviyyəsində qalıb (0,75 faiz artım).

Hesabat dövründə “Samsung Internet” brauzerinin payı yanvar ayı ilə müqayisədə 0,1 faiz artaraq 4,78 faiz təşkil edib.

Fevral ayında Opera brauzerinin bazarda payı 0,71 faiz azalaraq 3,17 faiz təşkil edib.

Azərbaycan bazarında digər internet brauzerlərin ümumi payı 3,99 faiz təşkil edib.

İqtisadiyyat