Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov bu ölkənin aviasiya naziri Havfəz Saad Rafiq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin genişlənməsi və Bakı-İslamabad marşrutu üzrə təyyarə reyslərinin artırılması məsələləri müzakirə edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Pakistan dost və qardaş ölkələrdir. Hər iki dövlət daha yaxın əlaqələr qurmaq üçün böyük potensiala malikdir.