Parlament insan hüquqları ilə bağlı protokolu təsdiqlədi

post-img

Parlament “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolu Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.

Siyasət