Türkiyəli professor Canan Karatay bu ay üçün tövsiyə etdiyi meyvə və tərəvəzlərin adlarını açıqlayıb. Xəstələndikdə belə dərman əvəzinə, təbii meyvə və tərəvəzlərdən istifadə edərək sağalmağa üstünlük verən alim onların əksəriyyətini çiy yeməyi və ya çox az bişirməyi məsləhət görür.
Bunlar yaşıl soğan, təzə sarımsaq, paxla, ənginar, kök, üzüm yarpağı, pərpərən (pərpətöyün), ispanaq, təzə lobya, yaşıl noxud, qabaq, yaşıl bibər, xiyardır.
Professor, xüsusilə, yaşıl soğanın çox faydalı olduğuna diqqət çəkib. Bildirib ki, təzə soğan antioksidantdır. Onun tərkibində olan birləşmələr bədəni qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır. İmmun sistemini gücləndirir. Yaxşı bir C vitamini mənbəyidir. Xəstəliklərə qarşı müqaviməti təmin edir. Qan şəkərini balanslaşdırır. Xolesterolu aşağı salır. Ürək sağlamlığını qoruyur. Həzmə kömək edir.
Soğan, hətta xərçəng riskini azaldır. Xüsusilə bağırsaq, mədə və prostat xərçəngi riskini azaltmaqda təsirli olduğu düşünülür.
Z.HÜSEYNLİ
XQ