İcbari tibbi sığorta ilə özəl tibb müəssisəsinə verilən göndərişlərin sayı artıb

post-img

“Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadə genişləndirilir”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

“Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq.

Biz bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq etdik.

Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80 faizi Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20 faizi isə regionların payına düşür.

Göstəricilərdən göründüyü kimi 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17 faiz artım olub. Göndərişlərin 94 faizi planlı göndərişlərin payına düşüb”,- deyə Z.Əliyev bildirib.

Səhiyyə