Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AZƏRTAC-a verilən mə­lumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə, ümumilikdə, 829 min 11 nəfərin koronavirus infeksiyası­na yoluxması faktı müəyyən edilib, on­lardan 818 min 638 nəfər müalicə olu­naraq sağalıb, 10 min 147 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1558, bu günə qədər isə ümumilikdə, 7 milyon 543 min 617 test icra olunub.

Səhiyyə