Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib

post-img

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Rəsmi-4.jpg

Rəsmi-5.jpg

Rəsmi-6.jpg

Rəsmi-7.jpg

Rəsmi-8.jpg

Rəsmi xronika