Mingəçevir su hövzəsində zəlzələ baş verib

post-img

Aprelin 5-də Mingəçevir seysmoloji stansiyasından 33 kilometr şimal-qərbdə - Mingəçevir su hövzəsində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 11:37-də qeydə alınan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss olunmayıb.

Ekologiya