“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındakı bəzi əmlakların müsabiqə yolu ilə satışının keçirilməsi barədə elan

post-img

Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat

1. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3,8666 hektar torpaq sahəsi. Əmlak yüklü deyil.

Start qiymət - 773.000,00 (yeddi yüz yetmiş üç min manat) manat.

2. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 5,18 hektar torpaq sahəsi. Əmlak yüklü deyil. 

Start qiymət - 1.191.000,0 (bir milyon bir yüz doxsan bir min manat) manat.

3. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 65, 3 nömrəli binada yerləşən 418.10 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. 

Start qiymət - 750.000,0 (yeddi yüz əlli min manat) manat.

4. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 391 nömrəli ünvanda yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət – 2.400.000,00 (iki milyon dörd yüz min manat) manat.

5. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 nömrəli ünvanda yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.

Start qiymət –1.800.000,0 (bir milyon səkkiz yüz min manat) manat.

Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 26 dekabr 2025-ci il saat 10.00-dan 23 yanvar 2026-cı il saat 16.00-dəkdir.

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 

29 yanvar 2026-cı il saat 16.00-dır.

Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, ­S.Vurğun küçəsi 135.

Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydasına və müddətinə 2025-ci il dekabrın ­26-dan 2026-cı il yanvarın 23-dək, həftənin 3-cü və 5-ci günləri, ­“Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılacaqdır. 

Əlaqələndirici şəxs: Şahin Seyidov - 050-235-99-90.

Əhəd Vəhədzadə - 050-374-27-27.

İddiaçılar qarşısında irəli sürülən şərtlər

1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır; 

2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.

3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.

4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır.

5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin ­iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir;

6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).

2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.

3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).

4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.

5. Etibarnamə (nümayəndə iştirak etdikdə).

Qeyd: iddiaçı hüquqi şəxs olduqda – (Dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti). 

Beh ödənilməsi üçün bank rekvizitləri

Kod: 501587

VÖEN: 1300025711

SWIFT BIC: ACJTAZ22

Ünvan: AZ 1006, Bakı şəhəri, Qədirli küçəsi 125.

M/h Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944

H/h: AZ67ACJT45019192794010094401

Reklam və elan