Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası aşağıdakı kafedralarda vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

post-img

1. “Dövlət qulluğu və kadr siyasəti” kafedrası – dosent 1 yer, baş müəllim 1 yer.

2. “Hüquq” kafedrası – dosent 2 yer.

3. “Tarix” kafedrası – dosent 1 yer.

4. “Dövlət idarəetməsi və menecment” kafedrası – dosent 1 yer.

5. “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrası – baş müəllim 1 yer.

6. “Dillər” kafedrası – dosent 1 yer.

Müsabiqədə dosent vəzifələrinin tutulması üçün bu istiqamətlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər, baş müəllim vəzifəsinin tutulması üçün isə müvafiq tələblərə cavab verən şəxslər iştirak edə bilərlər. Sənədlər elan dərc edilən gündən bir ay müddətində təqdim oluna bilər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana və ya [email protected] elektron poçtuna təqdim etməlidirlər.

Telefon- 492-76-03.

Ünvan-Bakı şəhəri, Lermontov küçəsi 74, 23-cü otaq.

Reklam və elan