“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu, 2 saylı terminalın 5-ci mərtəbəsi üçün ofis mebellərinin satın alınması məqsədilə həyata keçirilən və 2024-cü il avqustun 20-də elan edilmiş iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru sənədlərinin son təqdim edilmə müddəti 29 avqust 2024-cü il saat 17.00-a qədər uzadılmışdır.
Prosedurda iştirak etmək niyyətində olan şirkətlər, ni[email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun sənədlər toplusunu əldə edə bilərlər.
Prosedur üzrə nümayəndənin əlaqə məlumatları: mütəxəssis – Nicat Cabbarlı, mobil – (+99455) 296 76 07, email: [email protected]
Satınalmalar idarəsi