26 aprel 2024-cü il saat 16.00-da Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında "DƏZGAHQAYIRMA ZAVODU" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi.
1. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin yeni MMC təsis etməsi və MMC-nin nizamnamə kapitalına pay şəklində əmlakının qoyulması.
2. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.
3. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi.
4. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.
5. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-yə müraciət etmiş səhmdarlara məxsus səhmlərin ləğv edilərək cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şək-lində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının, razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edil-məsi.
6. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.
7. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanı rəhbərinin təyin edilməsi.
8. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi-nın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin icra orqanının rəhbərinə həvalə edilməsi.