“Azərbaycan İlahiyyat İnstitutu dillər və ictimai fənlər kafedrasına vakant dosent vəzifəsinə müsabiqə elan edir

post-img

Dosent vəzifəsi tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktor­ları və fəlsəfə doktorları (elmlər namizədləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına yazılmış ərizə ilə bir­likdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

Sənədlər elan dərc olunduqdan sonra 1 (bir) ay müddətində qəbul edilir. 

Qeyd - namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.

Telefon - (+ 994 12) 436 - 77 - 66.

Ünvan - AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29.

Reklam və elan